Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə fermerlərlə görüş keçirilib

02 mart 2022 | 16:00

Martın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov rayonda fəaliyyət göstərən aqropark və  böyük fermer təsərrüfatlarının rəhbərləri ilə görüş keçirib.
Görüşü giriş nitqi ilə açan Elxan İbrahimov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi  diqqət və qayğından danışıb, ölkəmizdə kənd təsərrüfatının inkişafında əldə olunmuş nailiyyətlərdən bəhs edib. 
Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə fermerlərin təklif və  problemləri dinlənilib, aqrar sahənin dirçəldilməsi və inkişafı yolları müzakirə olunub.
Sonda rayonda aqrar sahənin inkişafı məqsədilə bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Keçidlər