Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib.

26 fevral 2022 | 16:00

Fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin məzarlarını ziyarət edərək, önlərinə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları rayon ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə 613 ədəd ağac əkiblər.
Daha sonra Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb. Görüşdə Elxan İbrahimov vurğulayıb ki, Xocalı soyqırımı insanlıq tarixində ən dəhşətli hadisələrdən biridir. Xocalı faciəsi öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir. Amma artıq iki ildir ki, Xocalı soyqırımının ildönümü xüsusi bir tarixi şəraitdə qeyd olunur. 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Xocalı sakinləri göstərilən diqqətə görə ölkə rəhbəri Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə minnətdarlıqlarını bildiriblər.

Keçidlər