Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov rayon ağsaqqallarının nümayəndələri ilə görüş keçirib

21 fevral 2022 | 16:00

Görüşə ictimaiyyət arasında sayılıb seçilən, cəmiyyət arasında nüfuz qazanmış ağsaqqallar dəvət olunmuşdular. Görüşü Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov açaraq ağsaqqalları daim dinləməyə, onların dəyərli təkliflərini, fikir və mülahizələrini eşitməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, rayonumuzun ümumi inkişafına, problemlərin aradan qaldırılmasına xidmət edəcək maraqlı, dəyərli təkliflər həmişə diqqətlə nəzərə alınacaq, yeri gəldikcə belə təkliflərdən istifadə olunacaqdır.
Rayon ağsaqqallar şurasının sədri Ayət Nəsirov söz alaraq əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdi, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildirdi. Cənab Prezidentin sərəncamına əsasən Kürdəmirdə fəaliyyətə başlaması münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu rayonun bütün ağsaqqalları adından təbrik etdi, gələcək işlərində ona uğurlar dilədi. Rayon ağsaqqalları Ayət müəllimin təbrikinə ürəkdən qoşulmaqla, xeyir-dualarını verdilər. RİH başçısı Elxan İbrahimov verilən təkliflərin diqqətlə nəzərə alınacağını vurğuladı və qeyd etdi ki, ümumi tanışlıq xarakteri daşıyan görüş bununla bitməyəcək, bundan sonra da ardıcıllıqla davam edəcəkdir.

Keçidlər