Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü keçirilib

15 fevral 2022 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində 15 fevral  2022-ci il tarixində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığıə ilə Xırdapay kənd  tam orta məktəbində idmanın Yunan-Roma güləş növü üzrə yeniyetmələr və gənclər arasında Ölkə birinciliklərində və beynəlxalq yarışlarda yükşək nailiyyətlər qazanmış Qacayev Eltac Firidun  oğlu  ilə məktəblilərin görüşü keçirilib.
Layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması, idman sahəsində nailiyyətlər qazanmış rayon idmançılarının tanıdılmasıdır.
Güləşçimiz Qacayev Eltac Firidun oğlu 1988-ci-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 2006-cı ildə Respublika Olimpiya idman liseyini bitirmiş, 2007-ci ildə yunan-roma güləşi üzrə idman ustası adını almışdır. 2011-ci ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur.
Eltac Qacayev 1996-2008 illərdə  idmançı kimi həm respublika daxili həmdə Rusiya Federasiyasın, İran, Gürcüstan  və Türkiyədə keçirilən yarışlarda uğurla cıxış etmişdir.  Hal hazırda “Məhsul “ KKİC-də yunan-Roma güləşi  ilə məşqçi-müəllim kimi məşğul olur və bildiklərini tələbələrinə öyrədir.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev məktəblilərə  Qacayev Eltac Firidun oğlunun idman sahəsindəki nailiyyətləri haqqında məlumatlar vermişdir. Göruşdə güləşçimiz Eltac Qacayev  keçdiyi idman yolundan və qazandığı nailiyyətlərdən söhbət açıb, məktəblilərin maqağlandıran sualları cavablandırıb.Tədbirin sonunda  Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov  rayonumuzu idman yarışlarında layiqincə təmsil etdiyi üçün  Eltac Qacayevə idarənin fəxri fərmanını təqdim etib.

Keçidlər