Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Xırdapay kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirildi
Avqustun 29-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Xırdapay kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi.Xırdapay kənd inzibati ərazi dairəsinə daxil olan Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Abbasov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı.
Kənd sakinlərindən Rəşadət Xələfov,Ağaməhəmməd Hacıyev ,Əvəz İsmayılov və başqaları çıxış edərək ürək sözlərini söylədilər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirdilər, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Görüşü yekunlaşdıran İcra başçısı İrşad Əliyev son 10 ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından, respublikamızın ən ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsindən, yeni sosial layihələrin icra edilməsindən, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsindən ətraflı danışdı.Rayon rəhbəri ölkəmizdə, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən, yol, su-kanalizasiya infrastrukturunun, qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, bu işdə kürdəmirlilərin əməyini yüksək qiymətləndirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Xırdapay kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.