Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gəncləri Günü münasibətilə Kürdəmirdə ağaçəkmə aksiyasi keçirilib

02 fevral 2022 | 16:00

Fevralın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kürdəmir rayon Gənclər və İdman  idarəsinin  birgə  təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə rayon gənclərinin iştiraki ilə ağaçəkmə aksiyası keçirilib.
Aksiyayada  Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov,  Kürdəmir rayon Gənclər və İdman İdarəsinin kollektivi , rayonun idarə və təşkilatlarında çalışan  fəal gənclər iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən 200 ədədə yaxın eldar şamı ağacları əkilib. Əkilən ağacların suvarılması və becərilməsi diqqət mərkəzində saxlanılır.

Keçidlər