Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib

02 fevral 2022 | 16:00

Fevralın 2-də rayonun Gənclər evində Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr  olunmuş “Gənclər həftəsi” çərçivəsində “Gələcək gənclərindir” devizi ilə  tədbir keçirilib. 
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun idarə və təşkilatlarının,  ümumtəhsil  məktəblərinin fəal gəncləri iştirak ediblər.                                                                                                                                           Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını və Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra gənclərə təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən görülmüş işlər haqqında   video çarx nümayış olunmuşdur.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Qeyd edildi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən İkinci Qarabağ döyüşlərində, Vətən Müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edərək tariximizin ən parlaq səhifəsini yazmış, xalqımızın iftixar və qürur mənbəyinə çevrilmişdirlər. Gənclərimiz qüdrətli sərkərdə və müzəffər Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
Sonra  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov rayonun  bir qrup fəal gəncinə  fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir Kürdəmir Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.

 

Keçidlər