Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

27 yanvar 2022 | 16:00

Bu gün 19 yanvar 2022-ci il tarixdə rayonun Gənclər evində keçirilmiş “20 Yanvar Müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır ” mövzusunda inşa yazı müsabiqəsinin nəticələri élan olunub.
Kürdəmir Rayon Təhsil Şöbəsinin və Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri  iştirak ediblər.
“20 yanvar Müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır ” mövzusunda inşa yazı müsabiqəsində 38 məktəbli tərəfindən yazılan inşalar münsiflər tərəfindən yoxlanılmış və müsabiqə qalıbləri aşağıdaki kimi müəyyən olunmuşdur.
I yer- Köhünlü kənd tam orta məktəbin şagirdi Abbasquliyev Raiq Rafiq oğlu
I yer- Z.Əhmədov adına  Şilyan  kənd tam orta məktəbin şagirdi Cavadova Nəzrin Xəyal qızı
II yer- Mollakənd kənd tam orta məktəbin şagirdi Əsgərova Nuray Ramil qızı
II yer- Bağman kənd tam orta məktəbin şagirdi Hüseynova Aynur  Fuad qızı
III yer S.Dəmirov adına Karrar kənd tam orta məktəbin şagirdi Əskərova Aysu Sabit qızı
III yer- Atakişili kənd tam orta məktəbin şagirdi Xəlilova İlahə Namiq qızı
Qalib gələn məktəblilər təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər