Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışı kecirilib

27 yanvar 2022 | 16:00

Kürdəmir rayon Gənclər və İdman idarəsinin, Kürdəmir rayon Təhsil şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyin birgə təşkilatçılığı ilə 27 yanvar 2022-ci il tarixdə rayonun Gənclər evində 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Gənclik –yeni zəfərlərə doğru” devizi ilə gənclər arasında“Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışı kecirilib.Yarışda 14 komanda mübarizə aparıb.
Olduqca maraqlı keçən yarışda Şəhər 6 saylı tam orta məktəbin “Dəmir yumruq ” komandası I yerə, Şəhər 4 saylı tam orta məktəbin “Cəbrayıl ” komandası II yerə Şəhər 1 saylı tam orta məktəbin “Murov qartalları ” komandası isə III yerə layıq görülmüşdür.
Yarışda qalib gələn gənclər təşkilatçılar tərəfindən hədiyyə və diplomlar ilə təltif ediliblər.

 

Keçidlər