Kürdəmirlilər şəhidlərin əziz xatirəsini yad etdilər
Bu gün Kürdəmir rayonunda “20 Yanvar”- faciəsi qurbanlarının otuz ikinci ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib.
İlk öncə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, YAP Kürdəmir rayon təşkilatının fəalları , təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri Aprel şəhidi Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı büstünü ziyarət ediblər və önünə gül dəstəsi qoydular.
Daha sonra tədbir iştirakçıları rayonun “20 Yanvar” parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzdülər və şəhidlərin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli şəhid ailələrinə baş sağlığı verərək, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini vurğuladı.
Tədbir iştirakçıları rayonun digər ərazilərində olan Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad ediblər.
Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.