Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə rəhbərinin Kürdəmir rayonuna səfərinin yekunu və Heydər Parkında “Yaşıl Teatr” binasının açılışı münasibətilə ümumrayon tədbiri keçirildi

27 avqust 2013 | 15:00

Avqustun 25-də rayonun yeni istifadəyə verilmiş Heydər Parkında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kürdəmir rayonuna səfərinin yekunu və Heydər Parkında “Yaşıl Teatr” binasının açılışı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə 2013-cü il 07 avqust tarixdə Ölkə rəhbərinin Kürdəmir rayonuna səfərinin xüsusi buraxlışının video çarxını izlədilər.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliev tədbir iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kürdəmir rayonuna səfərindən geniş məlumat verdi.Ölkə rəhbərinə rayonumuza göstərdiyi  diqqət  və  qayğıya   görə  kürdəmirlilər  adından öz minnətdarlığını bildirdi.Bütün kürdəmirlilərində cənab Prezidentimizin qayğılarına öz əməli işiləri ilə cavab verəcəklərini və rayonumuzun, Respublikamızın inkişafı, daha da çiçəklənməsi naminə əllərindən gələni edəcəklərini söylədi.Eyni zamanda gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili,onların gələcəkdə kamil azərbaycanlı kimi formalaşmasının təşkili istiqamətində son zamanlar görülmüş işlər barədə ətraflı məlumat verərək, gələcəkdə də bu işlərin davam etdiriləcəyini bildirdi.Rayon rəhbəri Heydər Parkında yeni inşa olunmuş “Yaşıl Teatr”binasının da rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində ,onların mənəvi tələbatlarının ödənilməsində böyük rolu olacağını vurğuladı.
Rayon İcra Hakimiyyətinin Başçısı çıxışının yekununda rayonumuzda aparılan geniş tikinti, abadlıq və yenidənqurma işlərində xüsusi əməyi olan bir qrup inşaatçıya mükafatlar təqdim etdi.
Sonra Rəşid Behbudov adına Mahnı Teatrının kollektiv üzvlərinin ifasında rəngarəng konsert proqramı dinlənilmişdir.Bayram konsertində Respublikanın Xalq artisti Bilal Əliyev, əməkdar artistlər Əbülfət Oğuz,Gülyanaq Məmmədova,Gülyaz Məmmədova,Səlim Abbasov və başqaları iştirak etmişlər.
Tədbirin yekununda atəşfəşanlıq olmuşdur.

Keçidlər