Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambıq əkiləcək sahələrdə dondurma şumunun çıxarılması başa çatıb

17 yanvar 2022 | 16:00

Kürdəmir rayonunun pambıqçıları gələcək yüksək məhsuldarlıq üçün zəruri aqrotexniki tədbir olan dondurma şumunun çıxarılmasını başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il 2150 hektarda pambıq əkilən Kürdəmirdə cari mövsümdə 2200 hektarda əkin aparılacağı proqnozlaşdırılır və artıq bütün ərazilərdə dondurma şumu çıxarılıb. Hər yerdə, xüsusilə daha çox pambıq əkiləcək Şilyan, Qarasu, Pirli, Atakişili, Topalhəsənli, Qarabucaq və bir sıra digər ərazi dairələrində dondurma şumu mütəxəssislərin nəzarəti altında vaxtında, yüksək keyfiyyətlə çıxarılıb.

Qeyd edək ki, hazırda dondurma şumu çıxarılan sahələrdə qış aratına başlanılıb.

Keçidlər