Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb

13 yanvar 2022 | 16:00

Kürdəmir rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda ötən il uğurlu nəticələr qazanılıb. Bütün göstəricilər üzrə məhsul istehsalı artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ildə Kürdəmirdə diri çəkidə 9692 ton ət istehsal olunub. Bu da inişilki göstəricidən 285 ton çoxdur. Süd istehsalı da 1574 ton artıb və 46 min 468 tona çatıb. Ötən il yumurta istehsalı 340 min ədəd artaraq 29 milyon 871 min ədəd, yun istehsalı isə 1 ton artaraq 286 ton olub.

Qeyd edək ki, hazırda rayonda 63 min 765 baş iribuynuzlu mal-qara, 133 min 970 baş davar bəslənilir.

Keçidlər