Kürdəmirdə “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib
Dekabrın 23-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında YAP Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə ” mövzusunda tədbir keçirilib.
YAP rayon təşkilatının qərargahında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ağali Kərimli, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, YAP rayon təşkilatının fəalları, idarə və müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ağali Kərimli açıb.O, bildirib ki, Prezident İlham Əliyevin fəaliyyətinin ilk illərindən etibarən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, müstəqillik və azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi, cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi.Ağali Kərimli bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, ölkəmizin bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir.
Çıxışçılardan “Müzəffər Ali Baş Komandan” mövzusunda Rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov, “İlham Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi, rayon gənc mədəniyyət işçilərinin koordinatoru Xəyyam Məlikov, “İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda Şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova, “İlham Əliyev və müasir gənclik” mövzusunda Ərəbqubalı kənd tam orta məktəbinin direktoru, gənc fəal Mais Bayramov, “Son 18 ildə Azərbaycan iqtisadiyyatı” mövzusunda Mürtülü kənd tam orta məktəbinin coğrafiya müəllimi Ülkər Şirinova bildiriblər ki, son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır. Natiqlər vurğulayıblar ki, yeni siyasi şəraitdə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyevin qarşısında duran vəzifələr sırasında, əlbəttə ki, birinci dərəcəli vəzifə torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan Respublikasının pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. İllər boyu torpaqlarımızın düşməndən geri alacağımıza xalqımızı ruhlandıran, silahlı qüvvələrimizin ən modern silah və texniki vasitələrlə təchizini təmin edən Ali Baş Komandan məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək Ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir.