Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
Dekabrın 12-də müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonun ağsaqqalları və ziyalıları, gəncləri gün ərzində rayonun Heydər Əliyev parkına gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.