“Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə örnəkdir” mözusunda Kürdəmir rayonunda tədbir keçirilib
Dekabrın 10-da rayonun Gənclər evində Kürdəmir rayon Gənclər İdman İdarəsinin, YAP Kürdəmir rayon təşkilatının Gənclər birliyinin , Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə örnəkdir” mözusunda tədbir keçirilib.
Ilk öncə gənclər Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzdülər və onun nurlu, işıqlı xatirəsini bir daha ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutub. Hər zaman sağlam düşüncəli, təhsilli, vətənpərvər gənclik görmək istədiyini qeyd edən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət gənc nəslin sosial rifahının yaxşılaşdırılmasına, elmi potensialının artırılmasına, eləcə də milli-mənəvi ruhda tərbiyəsinin gücləndirilməsinə öz töhfəsini verib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayış olunub.