Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısının Cəyli kəndində səyyar qəbulu-görüşü keçirildi

23 avqust 2013 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev növbəti səyyar qəbul-görüşünü avqustun 22-də Cəyli kəndində keçirdi.
Cəyli kənd inzibati ərazi dairəsinə daxil olan Cəyli, Şahbəyli, Bala Kəngərli və Ucarlı kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Cəyli kənd inzibati ərazi dairəsinin nümayəndəsi Ağanəzər Hasilov və kənd bələdiyyəsinin sədri Əmralı Əliyev əraziyə daxil olan Cəyli, Şahbəyli, Bala Kəngərli və Ucarlı kəndlərinin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.
Kənd  sakinlərinin  enerji və su təchizatı, sosial  müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri oldu.  Hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıq  verildi.   Qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Sonra kənd sakinlərindən Novruz Umudov, Nəcibə Seyidova, Xankişi Xasıyeva, Zabil Abdulrəhimov, Zaman Zeynalov və başqaları çıxış edərək ürək sözlərini söylədilər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirdilər, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Görüşü yekunlaşdıran Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bildirdi ki,ölkəmizdə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Ulu Öndər Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu və bu siyasətin bu gündə uğurla davam edir. Son 10 ildə qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edən strateji siyasi kursu çərçivəsində gerçəkləşir. Dünyada iqtisadi sahədə proseslər o qədər də uğurla getmir. Bir çox ölkələrdə iqtisadi böhran yaşanır. Ölkəmizdə isə aparmış uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyatımız güclənmişdir.İqtisadi gücümüz sosial sahəyə yönəlir.  Ölkəmiz iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçı statusuna yüksəlməkdədir.Azərbaycanda sosial siyasət ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir.
Avqustun 7-də ölkə Prezidentinin rayonumuza səfəri baş tutmuşdur. Azərbaycan Raespublikasının Prezidenti cənab İlham Əliyevin   Kürdəmirə səfəri  çərçivəsində  Heydər  Əliyev  Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Mərkəzin  yerləşdiyi  Heydər  Parkı ilə və Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmiş, heyvandarlıq və süd kompleksi ilə tanış olmuşdur.
Rayonumuzda böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir, yeni  təhsil   müəssisələri,  olimpiya  idman  kompleksi,   stadionlar  , parklar  və  digər  obyektlər tikilib,hal-hazırdada tikilməkdədir. 2012-2013-cü tədris ilində 6 yeni məktəb binası inşa olunmuşdur. Yeni tədris ilinədək 4 yeni məktəb binasının   inşa olunaraq istifadəyə veriləcəkdir.Hazırda Cəyli kəndində 280 şagird yelik yeni məktəb binası inşa olunur və bu tədris ilində məktəb kollektivinin və şagirdlərinin istifadəsinə veriləcəkdir.  
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı göstərilən  bu  diqqət  və  qayğıya   görə  ölkə   rəhbərinə kürdəmirlilər  adından öz minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Cəyli kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər