Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib
Dekabrın 10-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Kürdəmir rayon İcra Hakimiyyətinin və YAP Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə “Dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayon təşkilatının fəalları, ərazi ilk partiya təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 18 il ötür. Müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır. Heydər Əliyev iki dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlib və hər gəlişi ilə xalqımızın və dövlətçiliyimizin intibahına səbəb olub. Heydər Əliyev cəmi 10 il ərzində müstəqil Azərbaycanı güclü ordusu, sosial-iqtisadi və hüquqi sistemi, praqmatik xarici siyasət və neft strategiyası olan müstəqil milli dövlətə çevirdi. Bu gün də Azərbaycan Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Çıxışçılardan “Heydər Əliyev və Azərbaycan” mövzusunda “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının müdiri, gənc fəal Rauf Abuşov, “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova, “Milli mədəniyyət və Heydər Əliyev ideyaları” mövzusunda Kürdəmir rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahilə Müseyibova və “Heydər Əliyev Azərbaycan dilinin ən böyük müdafiəçisi” mövzusunda Xəlsə kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Ələkbərova bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. 1969-cu ildə keçmiş SSRİ tərkibində ən geridə qalmış respublika kimi daim əzilən Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyev cəmi 13 il ərzində ölkəmizi sənaye dövlətinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Natiqllər bildirmişlər ki, 1993- cü ildə xalqın istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının ən möhtəşəm tarixini yaşayır.
Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirdirərək , milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi çıxış edərək öz güclü qolları, düşünülmüş siyasi addımları ilə qoruduğu, inkişaf etdirdiyi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdiyi müstəqil Azərbaycanı bu gün Ümummilli Liderimizin layiqli siyasi varisi , ölkə rəhbəri cənab İlham Əliyev daha da inkişaf etdirərək möhkəmləndirməkdə və bütövləşdirməkdədir.