Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

09 dekabr 2021 | 16:00

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər həyata keçirilir.
9 dekabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Ələsgər sazı, Ələsgər sözü” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı açdı.
Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər, ictimai birliyin üzvləri, şair Nizami Qərib, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak etdilər.

Keçidlər