Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı kecirilib

09 dekabr 2021 | 16:00

Dekabrın 9-da rayonun Gənclər evində Kürdəmir rayon Gənclər və İdman idarəsinin , Kürdəmir rayon Təhsil şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı kecirilib.
Olduqca maraqlı keçən yarışda Atakişili kənd tam orta məktəbin “Kəlbəcər” komandası I yerə, şəhər 6 saylı tam orta məktəbin “Dəmir yumruq ” komandası II yerə layıq görülüblər. 
Yarışda qalib qələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Keçidlər