Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü keçırilib

08 dekabr 2021 | 16:00

Dekabrın 8-də Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kürdəmir rayonu Zahid Əhmədov adına Şilyan kənd tam orta məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində idmanın Kikboksinq növü üzrə Ölkə birinçiliklərində və beynəlxalq yarışlarda yükşək nailiyyətlər qazanmış Salahov Sadiq Salah oğlu ilə məktəblilərin görüşü keçirilib.
Layihənin əsas məqsədi bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılmasıdır.
İdmançımız Salahov Sadiq Salah oğlu 1992-ci ildə Kürdəmir rayonunda anadan olub. Kürdəmir şəhər 5 saylı tam orta məktəbində təhsil alıb. 2009-cu ildən Kürdəmir Olimpiya İdman Kompleksidə Kikboksinq idman növü ilə məşqul olmağa başlayib ilk məşqçisi Elxan Əhmədov olub. Müəllimlərin verdikləri tapşiriqları yerinə yetirən Sadiq rayon turnirlərində və respublika yarışlarda qalib gəldiyi üçün baki şəhərində keçirilən təlim-məsq toplantılarina cəlb edilib və orada Kikboksinq üzrə əməkdar idman ustası 5-qat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi məşqçi müəllimi Ehram Məcidovun tələbəsi olub. Orada təhsil alarkən dahada təcrubə yığan Saleh artiq Ölkə və Beynəlxalq yarışlarda iştirak etmiş və I-III yerlərə layiq görülmüşdir.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev məktəblilərə Salahov Sadiq Salah oqlunın idman sahəsindəki nailiyyətləri haqqında məlumatlar verdi . Göruşdə idmançı keçdiyi idman yolundan və qazandığı nailiyyətlərdən söhbət acdı və məktəblilərin maqağlandıran sualları cavablandırdı . Tədbirin sonunda Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov idmançıya rayonumuzu idman yarışlarında layiqincə təmsil etdiyi üçün idarənin fəxri fərmanı təqdim etdi.

Keçidlər