Kürdəmirdə əmək yarmarkası keçirildi
Avqustun 16-da Kürdəmir şəhərinin “Kürdəmir” sarayında Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzi ilə birlikdə “Əmək yarmarkası” keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Şahbazov,rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov, Baş Məşğulluq İdarəsinin Daxili Nəzarət şöbəsinin sektor müdiri Fərid Ağamalıyev , rayonun idarə, müəssisə, təşkilatların , qeyri dövlət müəssisələrinin nümayəndələri və rayon sakinləri iştirak etmişlər.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olmuşdur.
Əmək yarmarkasında rayonun 49 dövlət, qeyri dövlət təşkilatları və fiziki şəxslər boş(vakant) iş yerləri təqdim etməklə iştirak etmişlər.Onlardan 17 dövlət ,11 qeyri dövlət təşkilatları və 21 fiziki şəxslərdir.Təqdim olunmuş boş iş yerlərinin sayı 274 olmaqla 140 qulluqçu vəzifəsi,88 fəhlə peşələri və 46 xidmət sahəsinə aiddir.Dövlət müəssisələrindən 178,qeyri dövlət 96,fiziki şəxslərdə iş yerləri təqdim olunmuşdur.Bu müəssisələrdə minimum əmək haqqı 93 manat,maksimum əmək haqqı 240 manat təşkil edir.
Əmək yarmarkasında 980 nəfərdən çox rayon sakinləri iştirak etmişdir ki, onlardan 120 nəfərə o ,cümlədən 70 nəfərə qeyri dövlət müəssisələrinə işə göndəriş verilmiş,2 nəfər kvota yerlərinə,18 nəfər peşə hazırlığına ,20 nəfər içtimai işlərə cəlb olunmuşdur.