Şriftin ölçüsü :

Saytın rəngi :

08 Noyabr "Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında “08 noyabr-Qızıl hərflərlə yazılan tarix ” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

05 noyabr 2021 | 16:00

08 Noyabr "Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında “08 noyabr-Qızıl hərflərlə yazılan tarix” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
05 noyabr 2021-ci il tarixdə rayonun Gənclər evində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Kürdəmir rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  məktəblilər arasında “08 noyabr-Qızıl hərflərlə yazılan tarix ” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin  VII-XI sinif şagirdləri arasında “08 noyabr-Qızıl hərflərlə yazılan tarix” mövzusunda inşa yazı müsabiqəsində 48 məktəbli iştirak etmişdir. Yazılan  inşalar hakimlər heyyəti tərəfindən yoxlanıldıqdan sonra qalib gələcək şagirdlər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər