“8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında şahmat turnirinə yekun vurulub
Noyabrın 3-də Kürdəmir rayon İcra Hakimiyyərinin Zəfər gününə həsr olunmuş tədbirlər planına əsasən, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin Kürdəmir rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin birğə təşkilatçılığı ilə keçirilən “8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş məktəblilər arasında şahmat turnirinə yekun vurulub.
Turnirin mükafatlandırma mərasimində torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xarirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə çıxış edən Şəhidlərimizin valideynləri Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Mirmahmud Mahmudov , Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, rəis müavini Qalib Baxşıyev, Rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Samir Şükürov bildirdilər ki, Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır.Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Oktyabrın 28-dən start verilən turnirdə 8-12 və 13-16 yaş qrupları arasında keçirilmiş yarışda qalib qələn şahmatçılar təşkilatçılar tərəfindən diplom və medallar ilə mükafatlandırılıblar.