Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 1 noyabr - Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd edilib

01 noyabr 2021 | 16:00

Bu gün Kürdəmir rayonunda  Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, Kürdəmir DAİM-nin əməkdaşları, rayonun kənd təsərrüfatı işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli kənd təsərrüfatı işçilərini “1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı” münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib və kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbəri Cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Keçidlər