Kürdəmirdə “8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında şahmat turnirinə start verilib
Oktyabrın 28-də rayonun Şahmat məktəbində Kürdəmir Rayon İcra Hakimiyyətinin Zəfər Gününə həsr olunmuş tədbirlər planına əsasən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin , rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birğə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında şahmat turnirinə start verilib.
Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xarirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Elşən İsmayılov, Rayon ayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Süleymanov, rəis müavini Qalib Baxşıyev, Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Samir Şükürov çıxış edərək turnir iştirakçılara uğurlar arzu ediblər.
Yarış 28 oktyabr -03 noyabr 2021-ci il tarixlərdə Uşaq Gənclər İdman Şahmat Məktəbində 8-12 və 13-16 yaş qrupları arasında davam edəcək və yarışda qalib gələn şahmatçılar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.