Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət" Kürdəmirdə

09 avqust 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlamışdır.
Kürdəmir rayonunda səyyar xidmətin həyata keçirilməsində əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, insanların işinin maksimum asanlaşdırılmasıdır.
"ASAN xidmət"ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir, zəruri sənədləri təqdim edirlər. Xidmət yerindəcə göstərilir. Əgər bu mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Kürdəmir rayonunda  vətəndaşlara  göstərilən  "Səyyar xidmət"    avqustun   20-dək davam edəcəkdir.  Rayonun  100  mindən çox  sakininin  "ASAN xidmət"dən yararlanmaq imkanı olacaqdır.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuşdur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

Keçidlər