Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şəhid Kərimov Zaur Saleh oğlunun ildönümünə həsr edilmiş idmanın voleybol növü üzrə rayon turniri keçirilib

28 oktyabr 2021 | 16:00

Oktyabrın 28-də Atakişili kənd tam orta məktəbində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Kərimov Zaur Saleh oğlunun ildönümünə həsr edilmiş idmanın voleybol növü üzrə xatirə turniri kecirilib.
Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xarirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra turnirə start verildi.
Turnirdə keçirilən oyunların yekun nəticələrinə görə Atakişili kənd tam orta məktəbinin voleybol komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin voleybol komandası II yerə, Xırdapay kənd tam orta məktəbinin voleybol komandası III yerə layiq göruldülər.
Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar Kurdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar ilə mükafatlandırılıblar.

Keçidlər