Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun bir qrup gənclərin Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər parkına” ekskursiyası, Şəhidlər və Fəxri xiyabanlara ziyarətləri təşkil olunub.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun bir qrup gənclərin Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər parkına” ekskursiyası, Şəhidlər və Fəxri xiyabanlara ziyarətləri təşkil olunub.
Müzəffər Azərbaycan ordusunun Ermənistan ordusu üzərindəki parlaq Qələbəsindən sonra Bakıya gətirilən düşmənin darmadağın edilmiş hərbi texnikası gənclər tərəfindən maraqla izlənilib. Şahinlərimizin Hərbi Qənimətlər parkındaki, hərbi keçidi isə parkda olanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonra gənclər Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb. Gənclərə bildirilib ki, Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarını ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Burada şəhidlərin xatirəsinə əbədi məşəl kompleksi yaradılıb. Hər gün çoxlu sayda insan, məktəblilər, gənclər, Bakıya təşrif gətirən qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Şəhidlər xiyabanı ziyarət olunduqdan sonra gənclərimiz Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına Şəhid olan Vətən övladlarının məzarlarını ziyarət ediblər. Fəxri Xiyabanda ölkənin qəhrəman şəhidləri, Baş leytenant Əbu Bəkr İsmayilovun, Milli qəhraman Mübariz İbrahimovun, General-mayor Polad Həşimovun, milli qəhrəman Polkovnik Şükür Həmidovun, Polkovnik İlqar Mirzəyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş digər Azərbaycan qəhramanlarımızın məzarları ziyarət edilib.
Ziyarətin məqsədi gənclərimizə tariximizi, milli qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şəhidlərimizin əziz xatirəsi bir diqiqəlik sükutla yad edilib, məzarları üzərinə güllər qoyulub.
Gənclərə bildirilib ki, bu oğullar Azərbaycanın yağı tapdağı altında olan torpaqlarını işğaldan azad etdilər. Şəhidlərimiz bizi ən müqəddəs amalımıza, məqsədimizə çatdırdılar. Vətən müharibəsində tarixi torpaqlarımızı canları, qanları bahasına düşmən tapdağından təmizləyən cəsur oğullarımızın qəhrəmanlıq nümunəsi bir daha sübut etdi ki, şəhidlik uca zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Məhz ona görə də hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdikləri həyat yolundan çox şeyləri öyrənməlidir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!