Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon (çoxnövçülüyü) üzrə rayon turniri keçirilmişdir.

14 oktyabr 2021 | 16:00

Kürdəmir rayonunda “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon (çoxnövçülüyü) üzrə rayon turniri keçirilmişdir.
14 oktyabr 2021-ci il tarixdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin və UGİŞM-nin təşkilatçılığı ilə Kürdəmir rayon “Mərkəzi” stadionunda Ölkəmizin ərazi bütövlüyü üğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsinə həsr olunmuş  “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon (çoxnövçülüyü) üzrə rayon turniri keçirilmişdir.
Turnirin açılış mərasimində Ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, rayon Təhsil şöbəsinin əməkdaşı Mehman Osmanov, UGİŞM-nin direktoru Samir Şükürov və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirdilər ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı və qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Bu müharibədə döyüşənlər  əsasən son on ildə “Vətənin Müdafiəsinə Hazıram”, “Sahinlər” və  digər hərbi idman yarışlarında iştirak etmiş gənclərimiz olub.
Turnirdə rayonun ümumtəhsil  məktəblərinin  100-ə yaxın şagirdi  iştirak etmişdir. Komandalar qumbara atma , turnikdə dartınma və estafetlə qaçış mərhələlərində yarışmışlar.
Yarışda keçirilən oyunların yekun nəticələrinə görə yerlər aşağıdakı kimi müəyyən olunmuşdur.
1-ci mərhələ qumbara atma
I yer-Abbasov Səid (Qarabucaq  kənd tam orta məktəbi)
II yer-Kərimov Vasif (Topalhəsənli  kənd tam orta məktəbi)
III yer-Mikayıllı Polad (Çöhranlı kənd tam orta məktəbi)
2-ci  mərhələ turnikdə dartınma
I yer-Soltanlı Polad (Şəhər 6 saylı tam orta məktəb)
II yer- Həsənov Qismət (Mollakənd  kənd tam orta məktəbi)
III yer-Həmidov Vüqar (Köhnəbazar kənd tam orta məktəbi)
3-cü mərhələ-estafetlə qaçış
I yer- Çöhranlı kənd tam orta məktəbin  komandası
II yer- Qarabucaq kənd tam orta məktəbin  komandası
III yer- Şəhər 3 saylı tam orta məktəbin  komandası
Turnirin yekun nəticəsi
I yer- Çöhranlı kənd tam orta məktəbin  komandası
II yer- Qarabucaq kənd tam orta məktəbin  komandası
III yer- Mollakənd kənd tam orta məktəbin  komandası
Turnirdə qalib gələn idmançılar və komandalar  Kürdəmir rayon Gənclər və İdman idarəsinin diplomları ilə  mükafatlandırılıblar.

 

 

 

 

Keçidlər