Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.

08 oktyabr 2021 | 16:00

Kürdəmir rayonunda “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.
08 oktyabr 2021-ci il tarixdə Kürdəmir rayonunun Olimpiya İdman kompleksinin  idman meydançasında “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.
Tədbirdə Kürdəmir rayonunun Milli Məclisinin deputatı Əminə Ağazadə, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Millət Vəkili Arzu Nağıyev, Şəhid övladları, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov , rayon Təhsil Şöbəsinin müdiri Rafail Məmmədov, Kürdəmir rayon Gənclər və İdman idarəsinin kollektivi,  idman müəllimləri və idmançılar iştirak ediblər. Layihənin əsas məqsədi rayon və kəndlərdə futbola marağı artırmaq və idmanın kütləviliyinə nail olmaqdır.
Tədbirdə rayonun futbol ilə məşqul olan 50 idmançısına , o cümlədən  şəhid övladlarına idman geyimləri və futbol topları verilib.

 

 

 

 

Keçidlər