Bu gün 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi gənc nəslin təlim tərbiyəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub
Bu gün 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən, başçının müavini Ağali Kərimlinin 4 oktyabr 2021-ci il tarixli 229 nömrəli Sərəncamı ilə gənc nəslin təlim tərbiyəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
Tədbirdə başçının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, Azad Təhsil İşçiləri Həmkarlar İttifaqının Kürdəmir Rayon Komitəsinin sədri Cəbrayıl Cəbrayılov çıxış edərək müəllimləri təbrik edib.
Sonda Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilib.
Kürdəmir Rayon Təhsil Şöbəsi olaraq bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edir, işlərində daha böyük nailiyyətlər arzu edirik!