Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Kürdəmirdə ehtiramla yad olunub

27 sentyabr 2021 | 16:00

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də ehtiramla yad olunub.
Vətən müharibəsinin başlamasının 1-ci ildönümündə şəhidlərin xatirəsinə Kürdəmir rayonu Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirildi. Daha sonra tədbir Şəhidlər xiyabanında davam etdirildi. Tədbirdə ilk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhər 1 saylı orta məktəbin şagirdlərinin hazırladığı “Qalib Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandan“ adlı kompozisiya dinlənildi.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini icra edən Ağali Kərimli çıxış edərək ilk öncə bildirdi ki, Ermənistanın ölkəmizə təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən ordumuz tərəfindən əks hücüm əməliyyatına başlanılmış, 44 gün davam edən Vətən müharibəsində ordumuzun düşmənəı sarsıdıcı zərbələr vuraraq işğal altında olan torpaqlarımı düşməndən azad etmiş, Respublikamızın ərazi bütövlüyü təmin edilib.
Ağali Kərimli çıxışında bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günki qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk.
Daha sonra Şəhidlər xiyabanında və bütün kəndlərimizdə dəfn olunan şəhidlərimiz ziyarət olundu və onların ruhuna dualar oxundu.
Ölkənin bütün ərazisində olduğu kimi, saat 12:00-da Kürdəmirdə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər