Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Gününə həsr olunmuş “Torpağ, uğrunda ölən varsa, Vətəndir .” mövzusunda anım tədbiri keçirilib

24 sentyabr 2021 | 16:00

Sentyabrın 23-də Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş “Torpağ, uğrunda ölən varsa, Vətəndir .” mövzusunda anım tədbiri keçirilib.
Anım mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, II Qarabağ müharibəsi qaziləri , Kürdəmir rayon Gənclər və İdman İdarəsinin işçiləri, YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin fəalları, Kürdəmir rayon UGİŞM-nin əməkdaşları, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin, Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin, Kürdəmir rayon Təhsil şöbəsinin və Kürdəmir DAİM-nin əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Gənclər ilk öncə Kürdəmir rayonunda yerləşən Şəhidlər Xiyabanı kompleksini ziyarət etdilər. Gənclər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzmüşlər. Gül goyma mərasimindən sonra tədbir Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin davam etmişdir. Təbdirdə Ölkəmizin ərazi bütövlüyü üğrunda Şəhid olmuş igid Azərbaycan oğullarinin xatirəsi bir dəqiqəlik şükutla yad edildi. Sonra gənclərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında “ Zəfərin sıra nəfərləri” sənədli filmi nümayış olundu.

Keçidlər