Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şəhidlərin xatirəsinə həsr olunmuş gənclər arasında şahmat üzrə rayon turniri keçirilib

22 sentyabr 2021 | 16:00

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin təşkilatçılığı ilə 21-22 sentyabr tarixlərdə rayonun Heydər Əliyev parkında ölkəmizin ərazi bütövlüyü üğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsinə həsr olunmuş gənclər arasında idmanın şahmat növü üzrə rayon turniri keçirilib.                                             Yarış Koronavirus ("COVİD -19") pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq açıq havada keçirilib. Rayon turnirində Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin və Kürdəmir DAİM-nin əməkdaşları və idman könüllüləri iştirak ediblər . Yasrışın açılış mərasimində ölkəmizin ərazi bütövlüyü üğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışda şahmatçılar iki yaş qrupunda mübarizə aparıblar.
Olduqca maraqlı və gərgin kecən oyunların nəticələrinə əsasən 16 yaşadək gənclər arasında I yerə Amin Əzizov , II yerə Famil Hacıyev , III yerə isə Adil Haqverdiyev layiq görülüblər. 
Gənclər arsasında keçirilən yarışda I yerə Pünhan Məmmədov , II yerə Heydər Tağızadə, III yerə isə Ələddin Omarov və Elman Əhmədov layiq görülüblər.
Qalib gələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. 

Keçidlər