Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “12 avqust - Beynəlxalq Gənclər Günüdür” mövzusunda dəyirmi masa keçirilib

13 avqust 2021 | 16:00

Avqustun 12-də Kürdəmir rayon Gənclər evində Beynəlxalq Gənclər Gününə həsr olunan “12 avqust - Beynəlxalq Gənclər Günüdür” mövzusunda dəyirmi masa kecirilib.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin , YAP Kürdəmir rayon təşkilat Gənclər birliyinin və Kürdəmir Heydər Əliyev Mərkəzinin əməkdaşları, Kürdəmir reqional “Asan xidmət” mərkəzinin konüllüləri və rayonun fəal gəncləri iştirak etmişdirlər. Tədbiri başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keşmiş, şəhid olmuş gənclərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözu ilə acan Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev bildirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Tədbirdə cıxış edən YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov, Kürdəmir Heydər Əliyev Mərkəzinin əməkdaşları Xəyyam Məlikov və Kürdəmir regional Asan xidmət mərkəzinin Könüllülər üzrə məsul şəxsi Huseyn Babaşov bildirdilər ki, bu gün Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli kimi görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Şuşada olarkən çıxışı zamanı bildirmişdir ki:"On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü".
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Keçidlər