Kürdəmirdə Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət edilib
Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allah adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə veteranlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev mütəmadi olaraq onlarla görüşür, problemlərini dinləyir, yaşayış şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar verir.
Kürdəmir Rayon İcra Hakimiyyəti də qarşıdan gələn müqəddəs Qurban bayramında şəhidlərimizi unutmur, onların ailələrinə, eləcə də müharibə əlillərinə və müharibədə yaralanan ümumilikdə 266 ailəyə ərzaq yardımı göstərib, bayramlarını təbrik edib.