Ramazan ayında Şəhid ailələri ilə görüş keçirildi
İyulun 24-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri Ramazan ayı münasibəti ilə Şəhid ailələrini ziyarət etmişlər.
Görüşdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov,Kürdəmir rayonunun “Qarabağ müharibəsi əlilləri ,şəhid ailələri və veteranları” ictimai birliyinin sədri Fərəc Dadaşov, Kürdəmir İmamrza məscidi dini icmasının sədri Axund Füzuli Cəfərov,Karrar qəsəbə məscidi dini icmasının sədri Şəmşir Cəbiyev iştirak etmişlər.
Görüş zamanı şəhid ailələri ilə söhbət aparılmış,şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuş, dualar edilmiş və hazırlanmış bağlamalar təqdim olunmuşdur.