Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Milli Qurtuluş Günü” münasibətilə videokonfrans keçirilib

11 iyun 2021 | 16:00

İyunun 11-də Kürdəmir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə videokonfrans keçirilib.
 Videokonfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya  təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.  
Tədbiri  giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli açıb. O ilk öncə  tədbir  iştirakçılarını və onların simasında  bütün   rayon sakinlərini “Milli Qurtuluş Günü” münasibətilə  təbrik   edərək bldirib ki,  “Milli Qurtuluş Günü” xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz  bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Bildiyiniz kimi 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kuliminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, qətiyyətsizliyi yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur.Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səriştəsizliyi  ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdır.
  Ağali Kərimli qeyd edib ki, bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbrsizliklə gözləyirdi.Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Ümummilli Lider  Heydər Əliyev qayıtdı.Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə milli Qurtuluş Günü daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Yalnız Ulu Öndər  Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Cənab Prezidentimiz ötən dövr ərzində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkənin bütün sahələrində inkişafı üzə çıxarmışdır. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.  44 gündə düşmən üzərində qazandığımız tarixi zəfər, parlaq qələbə ölkə  Prezidenti cənab  İlham Əliyevin düşünülmüş, uğurlu siyasətinin bariz nümunəsi olaraq yaddaşlara əbədi yazıldı.
   Videokonfransda “Milli Qurtuluşumuzun uzun tarixi” mövzusunda  rayon təşkilatının idarə heyətinin üzvü, Kürdəmir  Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, “Nəyə görə 1993-cü il iyunun 15-ni  Qurtuluş Günü adlandırırıq ?” mövzusunda rayon təşkilatının Gənclər Birliyinin  sədri  Rauf Abuşov, “Azərbaycan – Ümummilli Lider Heydər Əliyevin şah əsəri” mövzusunda Karrar qəsəbə tam orta məktəbinin tarix müəllimi  Cavadov Emil Tahir oğlu,  “Azərbaycanın müasir tarixinin gedişini dəyişdirən tarixi hadisə - Böyük xilaskarlıq qayıdışı” mövzusunda  Sovla kənd tam orta məktəbinin tarix müəllimi Hüseynov Kamran Namis oğlu   çıxış ediblər.
 Natiqlər Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə tarixi qayıdışından  sonrakı  fəaliyyətindən, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması olmasından, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışıblar. Onlar bildiriblər ki, bu gün Ümummilli Liderimizin  layiqli siyasi varisi , ölkə rəhbəri cənab İlham Əliyev dövlətimizi daha da inkişaf etdirərək  möhkəmləndirməkdə və bütövləşdirməkdədir.

Keçidlər