Kürdəmirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları ilə görüş keçirildi
İyulun 20-də Kürdəmir rayonun “Gənclər Evi”ndə Yeni Azərbaycan Partiyası ( YAP ) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, Milli Məclisin deputatları YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Fərhad Qəribov iştirak etmişlər.
Tədbiri YAP rayon təşkilatının sədri Ağəli Kərimli açaraq aparıcı siyası qüvvə kimi partiyanın ictimai-mədəni , sosial-iqtisadi həyatdakı fəal rolundan danışmışdır. Bu günkü tədbirin partiyanın rayon təşkilatının yaradılmasının 20 illiyinə təsadüf etdiyini diqqətə çatdıran natiq bu münasibətlə iştirakçıları təbrik etmiş,qarşıdan gələn mühüm siyası kampaniya olan prezident seçkilərində onlara uğurlar arzulamışdır. İndiki görüşün məhz seçkilərə hazırlıq ərəfəsində məsləhətləşmə, fikir mübadiləsi aparılması məqsədini daşıdığını diqqətə çatdıran natiq YAP rayon təşkilatı barədə ətraflı məlumat verərək bildirmişdir ki, burada 117 ərazi ilk partiya təşkilatı öz ətrafında 7500 nəfər üzvü birləşdirir. Onlardan 3292 nəfəri və ya 44,4 faizi gənclər, 2673 nəfəri və ya 36 faizi qadınlardır. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin hər yerində olduğu kimi Kürdəmirdə də sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin etmiş, insanların həyat səviyyəsi əsaslı şəkildə dəyişmişdir.Təsadüf deyildir ki, bu il İyunun 7-də keçirilmiş Yeni Azərbaycan Partiyasının V Qurultayında partiyanın sədri ,ölkə başçısı İlham Əliyevin oktyabr ayında keçiriləcək seçkilərdə prezdentliyə namizədliyinin irəli sürülməsini Kürdəmir rayon təşkilatının bütün üzvləri sevinclə qarşılamışlar. Yeni Azərbaycan Partiyası sədrinin son 10 il Prezdentlik fəaliyyətı Kürdəmir sakinlərində də dərin inam və etibar hissi yaratmışdır.Təsadüfü deyildir ki, nəinki, partiya üzvləri, kürdəmirlilərin böyük əksəriyyəti qarşıdan gələn mühüm siyasi kampaniyada artıq öz seçimlərini etmişlər.
Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış etmişdir. İcra katibi Prezdent İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə böyük inkişaf mərhələsi keçən və bugün nəinki regionun, dünyanın belə ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanın uğurlarından ətraflı bəhs etmişdir. Göstərmişdir ki, bu müddətdə iqtisadiyyat 3 dəfə artmış 10-12 illdə büdcə 20 dəfə çoxalmışdır. Cənubu Qafqaz iqtisadiyyatının 80 faizini özündə cəmləşdirən Azərbaycanda 10 ildə 1milyon 200 min yeni iş yeri açılmış, kasıblıq 50 faizdən 6 faizə enmişdir.
Bugün Azərbaycan müasirləşmişdir. Bunu abad bir diyara çevrilən Kürdəmirin timsalında da aydın görmək olar. Müasir binalar, abad parklar xoş, firavan həyatın göstəricisidir.
Beynəlxalq təşkilatlarda layiqincə təmsil olunan Azərbaycan, onun sürətlə yeniləşən paytaxtı bügün böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir .
İcra katibi Əli Əhmədov diqqəti ötən əsrin 90-cı illərinin əvvələrində yaşanan xaosa, ümidsiz, təhlükəli vaxtlara cəlb edərək göstərmişdir ki, ulu öndər Heydər Əliyevin əsil qəhramanlığı, gərgin siyasi mübarizəsi sayəsində ölkə qısa vaxtda sabitlik, inkişaf yoluna çıxarıldı. Bugün Azərbaycan ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi iradəsi , gərgin fəaliyyəti ilə yeni inkişaf mərhələsini yaşayır. Bu inkişaf həm də yaradılmış sabitliyin, əmin-amanlığın göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı bu sabitlik, əmin-amanlıq üçün məhz Prezdent İlham Əliyevə minnətdardır.
Dağlıq Qarabağ probleminə toxunan icra katibi Əli Əhmədov ölkəmizdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiyanın uğurlarından , bugün hərbi büdcənin Ermənistanın dövlət büdcəsindən çox olmasından və bunun Qarabağ problemi məsələsində mühüm əhəmiyyətindən danışmışdır.
Bütün uğurların məhz Prezdent İlham Əliyevin növbəti 5 il üçün yenidən namizədliyinin irəli sürülməsində vacib əsaslar olduğunu qeyd edən natiq məhz Yeni Azərbaycan Partiyası , onun 600 min nəfər üzvü tərəfindən dəstəklənən qərarının zəruriliyindən danışmışdır.Qarşıdakı seçkilərə ciddi hazırlaşan Yeni Azərbaycan Partiyası və onun hər bir üzvü bu seçkilərdə partiyanın yeganə namizədi İlham Əliyevin mütləq səslə dəstəklənəcəyinə əminliyini vurğulamışdır.
Tədbirdə YAP rayon təşkilatının fəallarından Sabir Novruzov, Elmira Şixəliyeva, Namiq Tarverdiyev və başqaları çıxış edərək kürdəmirlilərin Prezdent İlham Əliyevin ətrafında sıx birləşərək, onu yekdilliklə dəstəkləyəcəklərini bildirmişlər.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekun nitqi söyləmişdir.