Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir: heyvandarlıq məhsulları istehsalı artıb

11 iyun 2021 | 16:00

Kürdəmir, 11 iyun, AZƏRTAC

Kürdəmir rayonunda cari ilin beş ayında heyvandarlıq məhsulları istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilər üzrə artım olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyun ayının 1-dək diri çəkidə 3 min 839 ton ət istehsal olunub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 20 ton çoxdur. Süd istehsalı da 12 ton artıb və 19 min 244 ton olub. Bu müddətdə yumurta 12 min ədəd artaraq 12 milyon 590 min ədədə, yun istehsalı 500 kiloqram artaraq 286 tona çatıb.

Qeyd edək ki, heyvandarlıq bölgədə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda təsərrüfatlarda 66 min 427 baş iribuynuzlu mal-qara, 136 min 868 baş qoyun-keçi bəslənilir.

Keçidlər