Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika Günü münasibətilə paylaşım edib
28 may 2021 | 16:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 28 May – Respublika Günü münasibətilə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”.