Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Gənclərin Sağlamlıq Festivalı keçirildi

16 iyul 2013 | 15:00

2013-cü il 15 iyul tarixdə Kürdəmir rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Sağlamlıq Festivalı” keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Vəli Musayev, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov, Respublikanın və rayonumuzun gənc idmançıları və incəsənət ustaları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov  açaraq Festival iştirakçılarını Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin adından salamladı və ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan geniş məlumat verdi.
Daha sonra Respublikamızın və rayon idmançılarının nümunəvi çıxışları göstərildi.Komandalar arasında estafet yarışına (futbol,basketbol,güləş,qaçış və s.)start verildi.Yarışda incəsənət ustalarının rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Yekunda qalib gələn Zirvə komandası diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər