Şriftin ölçüsü :

Saytın rəngi :

“Dəmir Yumruq” filmi Kürdəmir Rayon İcra Hakimiyyətində nümayiş olunub

22 aprel 2021 | 16:00

Aprelin 22-də  Kürdəmir Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin rejiminin  tələblərinə riayət olunmaqla Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir Yumruq” adlı sənədli film nümayiş olunub.

Ali Baş Komandan Cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Silahlı Qüvvələr tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələri qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə milli vəhdət şəklində cəsarətlə iştirak ediblər.

Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli film Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.

Film xüsusi karantin rejiminin  tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayiş etdirilir.

Keçidlər