Kürdəmirdə yazlıq əkinlər davam edir
13 aprel 2021 | 16:00
Aqrar bölgə olan Kürdəmir rayonunda yazlıq bitkilər əkini davam edir və artıq 2933,2 hektarda əkin aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki, yazlıq əkinlərin 1058 hektarı çoxillik otlar, 897 hektarı kartof, 512,2 hektarı tərəvəz, 466 hektarı bostan bitkiləridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan bitkilərinin əkin sahəsi 68 hektar, tərəvəz bitkilərinin sahəsi 33,1 hektarı, kartof sahəsi isə 2 hektar artıb.
Qeyd edək ki, rayonun əksər ərazilərində, xüsusilə Şilyan, Qarasu, Köhünlü, Axtaçı, Qarasaqqal və bir sıra digər ərazi dairələrində yazlıq əkinlər daha mütəşəkkil aparılır.