Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

06 aprel 2021 | 16:00

Kürdəmirdə Şəhid Həşimli Cəmil Əflatun oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq Şəhid Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbinin həyətində tikilib.
Abidə-bulaq kompleksinin açılışında rayon rəhbərliyi, Şəhid ailələri, ictimaiyyət nümayəndələri, hərbçilər və Şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda şəhidin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılaraq, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi qələbədən bəhs olunaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu sahəsində görülən işlər diqqətə çatdırıldı.
Tədbirdə Şəhid general Polad Həşimovun, Şəhid Xudayar Yusifzadənin və digər rayonlardan dəvət olunmuş 9 nəfər şəhid anaları da iştirak edərək Şəhidlər haqqında öz ürək sözlərini bildiriblər.
Həşimli Cəmil Füzulinin azad olunması uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin və Xocavəndin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin anası Bağıyeva Simuzər oğlunun xatirəsinin əbədiləşdirilməsinə görə öz minnətdarlığını bildirdi.

 

Keçidlər