Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə artıq 1293 nəfər vətəndaş vaksinasiya olunub

21 fevral 2021 | 16:00

Kürdəmir rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması planlı şəkildə davam edir.
Fevralın 15-dən etibarən yaşı 50-dən yuxarı olan sakinlərdə vaksinasiya olunurlar. Vətəndaşların vaksinasiyası rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində həyata keçirilir. Artıq 1293 nəfər sakin peyvənd olunub. Onlardan 575 nəfərin yaşı 65-dən yuxarıdır.
Vaksinasiya prosesinə əhalinin aktiv cəlb edilməsi üçün təşkil olunan modul qruplar ciddi səy göstərir. Qruplar evlərə gedərək əhali arasında təhlükəli virusa qarşı peyvəndin zəruriliyi ilə bağlı maarifləndirmə işləri aparırlar. Habelə peyvənd olunmaları üçün qaydalara uyğun qeydiyyatdan keçmələrinə köməklik göstərirlər.

Keçidlər