Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda yay tədbirlərinə start verildi

07 iyul 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 05 iyul tarixdən rayonun “Gənc Heydərçilər” parkında əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yay tədbirlərinə start verildi.
          Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlət üzrə müavini Əbülfət Mikayılov tədbir iştirakçılarını salamlamış,bu tədbirlərin bütün yay boyu mütəmadi davam edəcəyini nəzərə çatdıraraq rayonun “Gənclər Evi”ndə təşkil edilmiş komputer və ingilis dili kurslarını bitirmiş müdavimlərə şəhadətnamələr təqdim etdi.
Tədbirdə rayon Gənclər İdman idarəsinin rəisi Zaur Həsənov rayonda gənclərlə həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra söz rayon Qarasaqqal kənd mədəniyyət evinin kollektivlərinə verildi.Kənd mədəniyyət evinin konsert proqramları ilə çıxışı tədbir iştirakçılarının marağına səbəb oldu.
Eyni zamanda rayonun Qarasaqqal kənd ərazi icra dairəsi üzrə nümayəndəsi Cahid Abdullayev Qarasaqqal kəndinin tarixi,kənd təsərrüfatı,tanınmış ziyalıları və s.barədə ətraflı məlumat verdi.
Tədbirin yekununda tədbir ərzində ən yaxşı rəqs edən iştirakçıya münsiflər heyyəti tərəfindən müəyyənləşdirilmiş və rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıldı.

Keçidlər