Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə videokonfrans formatında hesabat yığıncağı keçirilib

12 fevral 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında YAP Kürdəmir rayon təşkilatının Şura üzvləri , ərazi ilk partiya təşkilat sədrləri, fəalları və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov iştirak ediblər.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı hər il olduğu kimi 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planına uyğun qurub. Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub. İdeoloji, təşkilati fəaliyyətin həyata keçirilməsi, o cümlədən gənclərə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində də çoxsaylı işlər icra olunub.
Ağali Kərimli ötən il Parlament seçkilərində rayon təşkilatının fəallarının aktivlik nümayiş etdirdiklərini vurğulayaraq, rayon təşkilatının fəalları tərəfindən COVİD-19 pandemiyası ilə əlaqədar “Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə rayon ərazisində ahıl, imkansız və ehtiyacı olan ailələrə gigiyenik vasitələr, habelə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində ailələrə ərzaq və digər yardımlar çatdırdığını diqqətə çatdırıb. Həmçinin 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi dövründə rayon təşkilatının aparat işçiləri, fəalları və könüllüləri rayonun şəhid ailələrinə, qazilərinə yardımlar etmişlər.
Sonra rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov, Qadınlar Şurasının sədri Sevda Hacıyeva, idarə heyətinin üzvü Vaqif Alıyev, şura üzvü Məhəmməd Heydərli və Gənclər Birliyinin sədr müavini Mais Bayramov çıxış ediblər. Onlar çıxışlarında rayon təşkilatı üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edərək 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər. Tədbirdə 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.
YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin məsul əməkdaşı Emil Abasov çıxış edərək YAP Kürdəmir rayon təşkilatının Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə eləcə də, Vətən müharibəsi vaxtı həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Emil Abasov ümumilikdə YAP Kürdəmir rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, qənaətbəxş hesab edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda rayon təşkilatının bir qrup fəalları və könüllüləri rayon təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif edilib. Bir qrup fəala isə təşəkkür elan edilib.

Keçidlər