Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə qanvermə aksiyası keçirilib

04 fevral 2021 | 16:00

Kürdəmir Rayon İcra Hakimiyyətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya  və Transfuziologiya Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə fevralın 4-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzində qanvermə aksiyası keçirilib.
  Qanvermə aksiyasında Kürdəmir rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya  və Transfuziologiya Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Gün ərzində davam edən humanitar aksiya çərçivəsində onlarla könüllü donorlardan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcək.

Keçidlər